“Bunu açıq şəkildə bildirək ki, pandemiya və onun səbəb olduğu iqtisadi geriləmə Avropanın tarixdə üzləşdiyi ən böyük çətinlikdir”.
APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel ölkə parlamentində çıxışı zamanı deyib.
“Pandemiya göstərdi ki, Avropa layihəsi hələ nə qədər kövrəkdir. Avropa özünün kövrəkliyini büruzə verdi. Birlik və həmrəylik indiki kimi heç vaxt əhəmiyyətli olmayıb”, – deyə A. Merkel bildirib.
Almaniya kanslerinin sözlərinə görə, COVID-19 pandemiyasının təsiri Avropanın qlobal miqyasda üzərinə daha çox məsuliyyət götürməsinin vacibliyini göstərib.
Merkel vurğulayıb ki, hazırda yanlış məlumatların yayılması da Avropa üçün qlobal problemdir.