Papanın taxta oturacağı tarix məlum oldu

Roma Papası XIV Leonun taxta çıxma prosesi mayın 18-də baş tutacaq.

Trend xəbər verir ki, bu haqda Papa Evinin Prefekturası məlumat yayıb.

Bildirilir ki, buna qədər XIV Leo diplomatik korpusla, Vatikanda son hadisələri işıqlandıran beynəlxalq jurnalistlərlə görüşlər keçirəcək.

Qeyd edək ki, dünən axşam Vatikanın Sikstin kapellasının bacasından ağ tüstü çıxıb. Ağ tüstü yeni Roma Papasının seçildiyini ifadə edir. Beləliklə, amerikalı kardinal Robert Prevo yeni Roma Papası olub. O, XIV Leo adını götürüb. Robert Prevo tarixdə ABŞ-dən olan ilk Papadır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.