“Para BOKT” 2024-cü ili 1,202 milyon manat zərərlə bitirib.
Valyuta.az xəbər verir ki, 2023-ci ilə nisbətən kredit təşkilatının zərərliliyi 15,4% artıb.
“Para BOKT” 2023-ci il üzrə 1,042 milyon manat zərər əldə etmişdi.
Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri illik müqayisədə 4,83% artaraq 4,247 milyon manat, dəyərsizləşmə üzrə zərərləri 1,7% artaraq 3,894 milyon manat, işçi heyəti üzrə xərcləri 1,42 % azalaraq 278 min manat, ümumi inzibatı xərcləri isə 4,6% artaraq 1,048 milyon manat təşkil edib.
Son nəticədə kredit təşkilatı ötən il 1 milyon min manat əməliyyat zərəri ilə üzləşib.
Ötən il BOKT kiçilib. Belə ki, cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 12,3 % və ya 2.596 milyon manat azalaraq 18,513 milyon manat olub.
Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 14,5 % azalaraq 10,376 milyon manat təşkil edib.
Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 3,6 % və ya 1,394 milyon manat azalaraq 37,650 milyon manata bərabər olub.
2025-cü il yanvar ayının 1-nə 29,266 milyon manat nizamnamə kapitalına malik olan “Para BOKT”un yığılmış zərəri 51,047 milyon manatdan 52,249 milyon manata yüksəlib.