Paris Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərimizin çıxışları davam edir.
125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/4 finala vəsiqə qazanıb.
Onun rəqibi monqolustanlı Muxtur Lxaqvaqerel olub. Rəqibinə 12:2 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinala vəsiqə qazanıb.
***********
Paris Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Bu gün sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb.
125 kq çəki dərəcəsində 1/8 final mərhələsindən mübarizəyə qoşulan təmsilçimiz Georgi Meşvildişvili misirli Diaaeldin Kamalla üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/4 finala vəsiqə qazanıb.