Paris və London Odessaya hərbi müdaxiləyə hazırlaşır –RUSİYA XİN

Trampın Qafqaz
Trampın Qafqaz

Paris və London Odessaya hərbi müdaxilənin parametrlərini hazırlayır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məhz bu planlar Qərb Baş Qərargah rəislərinin Kiyevdə keçirilən görüşündə müzakirə edilib.

Rusiya XİN sözçüsü qeyd edib ki, aprelin 4-5-də Kiyevdə Ukrayna, Böyük Britaniya və Fransanın Baş Qərargah rəislərinin görüşü keçirilib:”Görüşün məqsədi onların tərtib etdiyi kimi, Ukrayna ərazisinə mümkün yerləşdirmənin operativ planlarını, onların təbirincə, çoxmillətli sülhməramlı kontingentini müəyyən etmək olub. Müzakirələr mahiyyət etibarı ilə Ukraynanın Qara dəniz limanlarına, ilk növbədə Odessaya gələcək Fransa-Britaniya müdaxiləsinin parametrləri ilə bağlı olub”, – Zaxarova vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.