Parisin “Notr Dam” kilsəsi ərazisində qurğuşun tozu aşkarlanıb

19 May 2021 - 02:09

Məryəm Ana (Notre Dame) katedralı ərazisində qurğuşun tozu konsentrasiyasının çoxaldığı aşkarlanıb.

Paris polis prefekturası Məryəm Ana katedralı ərazisinin bağlanması ilə bağlı qərar verib.

Bildirilib ki, 2019-cu ilin aprelində katedralda baş vermiş yanğından sonra ətrafda qurğuşun tozu konsentrasiyası artdığı təsdiqlənib. İl-dö-Fransa regional Səhiyyə İdarəsinin tövsiyəsi ilə katedral ətrafında müvafiq tədbirlər görülüb. Artıq müəyyən edilmiş perimetr çərçivəsində piyada və ictimai nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Qeyd edilib ki, ərazidə təmizləmə işləri aparılacaq, qurğuşun tozu konsentrasiyası aşağı salınandan sonra meydan yenidən ictimaiyyətə açıq olacaq.

Xatırladaq ki, 2020-ci ilin əvvəllərində katedral yaxınlığında olan məktəblərin həyətində də qurğuşun tozu aşkarlanmış və məktəblər müvəqqəti bağlanmışdı