Paytaxtın Bakıxanov küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində (Dədə Qorqud parkının yanı) qaydaları kobud şəkildə pozan sürücü görüntülənib. AzPost xəbər verir ki, 75-AF-928 dövlət nömrə nişanlı “Ford Transit” markalı mikroavtobusun sürücüsü avtomobili səkidə park edib.
Maraqlıdır ki, 2 metr yaxınlıqda parkinq olduğu halda sürücü bu addımı atıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən sürücü barəsində cərimə tətbiq oluna bilər.
