“Parlamentə getmək istəyim yoxdur, hələ qərar verməmişəm” –Koçaryan

Deputat mandatımla bağlı nə edəcəyim barədə hələ qərar qəbul etməmişəm”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti, seçkilərdə “Hayastan” blokuna rəhbərlik etmiş Robert Koçaryan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, özünü daha çox icraedici hakimiyyətin adamı hesab edir:”Qanunverici orqanda təmsilçiliyimi təsəvvür edə bilmirəm. Komandamın bir hissəsi hesab edir ki, parlamentə getməliyəm və bu tribunanı siyasi mübarizə üçün istifadə etməliyəm. Digər hissə isə bunun əleyhinədir. Mənim parlamentə getmək istəyim yoxdur. Bu addımı atmaq tərəfdarı deyiləm. Amma qəti qərarım da yoxdur. Qərarı soyuqqanlı, emosiyalarsız qəbul etmək lazımdır. Özümü parlamentdə görə bilmirəm” -deyə Koçaryan vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kuklalar” filminin rejissoru Çingiz Rəsulzadə vəfat edib

Sonrakı məqalə

Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib –