Parlament ikinci dəfə Paşinyanın baş nazir postuna namizədliyini qəbul etməyib

10 May 2021 - 21:09
Ermənistan parlamenti ikinci dəfə Nikol Paşinyanın baş nazir postuna namizədliyini təsdiq etməyib. 
Azpost.info bildirir ki, Paşinyanın namizədliyini “Mənim addımım” alyansı irəli sürüb. Ona bir deputat səs verib, 76 nəfər bitərəf qalıb. Bununla da Konstitusiyaya görə, parlament buraxılmış sayılır.
Parlamentin hazırkı tərkibi yeni məclisin ilk iclasına qədər işini davam etdirəcək.