“Parlament seçkilərində xarici müdaxiləyə imkan verməyəcək” –

Putin
17 Fevral 2021 - 13:03

“Rusiya parlament seçkilərində xarici müdaxiləyə imkan verməyəcək”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya liderləri ilə görüşündə deyib: “Biz xalqın bu seçimini hər cür xarici müdaxilə cəhdlərindən qorumağa borcluyuq. Biz Rusiyanın suverenliyinə zərbə vurulmasına imkan verə bilmərik və verməyəcəyik ”, – deyə Rusiya dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bu ilin payızında Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək.