Parlamentdə dövlət büdcəsinin icrası müzakirəyə çıxarıldı — Kəsir proqnozdan 6 dəfə az olub

Parlament
Parlament

Milli Məclisdə 2024-cü il dövlət büdcəsinin icrasına dair müzakirələrə start verilib. AzPost xəbər verir ki, bugünkü iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub. Rəsmi rəqəmlərə əsasən, ötən il dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 2,1 faiz çoxdur.

Eyni zamanda, dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat səviyyəsində olub. Bu göstərici isə təsdiq olunmuş proqnozdan 5,1 faiz aşağıdır. Ən diqqətçəkən məqam isə dövlət büdcəsinin kəsiri ilə bağlıdır. Belə ki, 2024-cü ildə büdcə kəsiri cəmi 551,8 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 6,1 dəfə azdır.

Müzakirələr zamanı deputatlar gəlir və xərclər üzrə əsas istiqamətləri, sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsini, habelə büdcə intizamı ilə bağlı məsələləri də gündəmə gətiriblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.