Parlamentdə Azərbaycanın 2021-ci il üzrə dövlət büdcəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Büdcənin təqdimatından sonra müzakirələr olub.

Hökumət üzvləri deputatların birinci və ikinci oxunuşda qaldırdığı məsələlərə münasibət bildirib.

Müzakirələrdən sonra 2021-ci il dövlət və icmal büdcənin layihələri səsverməyə qoyularaq qəbul edilib.

2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün xüsusi proqram hazırlanır –

Sonrakı məqalə

“Dağlıq Qarabağda hərbi toqquşmalar bitib və sülh bərpa olunub” –