Parlamentin işçiləri gündə bir dəfə tibbi müayinədən keçiriləcək

Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamında qeyd edilib.

Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Tariyel Qasımovu teatrdan çıxardıblar:

Sonrakı məqalə

Koronavirusla mübarizə aparan həkimlərin maaşları artırıldı –