Paşa Sığorta məhkəmədə uduzdu- Şəhid ailəsinin üzvü qalib gəldi

Paşa sığorta
Paşa sığorta

Avtomobilini kasko sığorta etdirmiş vətəndaş sığorta ödənişinin verilməməsinə görə məhkəmədə “Paşa Sığorta” şirkətinə qarşı qalib gəlib.

AzPost xəbər verir ki, hadisə ötən ilin 22 oktyabrında baş verib. Güclü yağış nəticəsində yolların su altında qalması səbəbindən vətəndaş Emin Əmrahovun avtomobili zərər görüb. O, hadisə ilə bağlı “Paşa Sığorta”ya müraciət etsə də, şirkət ödənişdən imtina edib.

Şirkət hadisənin təsadüfi deyil, “qəsd” elementi daşıdığını əsas gətirərək avtomobil sahibinin müraciətini rədd edib. Bu isə narazılığa səbəb olub. Mərkəzi Banka edilən şikayətlər də nəticəsiz qalıb.

Məsələ Nəsimi Rayon Məhkəməsinə çıxarılıb və məhkəmə bütün sənədləri araşdıraraq iddiaçının xeyrinə qərar qəbul edib. Daha sonra “Paşa Sığorta”nın verdiyi apellyasiya şikayəti də təmin olunmayıb və yekun məhkəmə aktı qüvvəyə minib.

Beləliklə, vətəndaşa sığorta ödənişi verilib. Lakin E.Əmrahov bildirdi ki, bir il ərzində çəkdiyi əsəb və vaxt itkisi kompensasiya olunmayıb:

“Şəhid ailə üzvünə göstərdiyiniz ‘xüsusi diqqət’ üçün təşəkkürlər, Paşa Sığorta”, – o, sarkazmla qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.