Martın 11-də Ermənistanın Baş naziri Paşinyan Avropa Parlamentində çıxış edəcək.
Azpost.info bildirir ki, bu barədə Avropa Parlamentinin Mətbuat Xidmətinin məlumatında deyilir.
Nikol Paşinyan Strasburqda iclas zalında çıxış edəcək.
Məlumatda deylir ki, bu, Paşinyanın Azərbaycanla sülh prosesinin gələcək istiqamətini müəyyən edəcək 7 iyun 2026-cı il tarixli parlament seçkilərindən əvvəl edəcəyi çıxış olacaq.
“Ermənistan hökuməti Bakı ilə davamlı sülhə nail olmağa və Türkiyə ilə münasibətləri normallaşdırmağa, Qərblə yaxınlaşmağa və gələcəkdə Aİ-yə daxil olmaq üçün mümkün cəhdinə sadiqdir. Bundan əlavə, Aİ hazırda Ermənistanla vizanın liberallaşdırılması ilə bağlı dialoq aparır. 5 may tarixində xüsusi Aİ-Ermənistan sammiti planlaşdırılır”-deyə rəsmi açıqlamada vurğulanır.
Bu, Paşinyanın 2023-cü ildəki əvvəlki səfərindən sonra Avropa Parlamentində ikinci çıxışı olacaq.