“Paşinyan bəyəm Sasunlu Davuddur? Onu dəyişmək mümkündür” –Koçaryan

“Paşinyanı seçki yolu dəyidirməyin mümkünsüzlüyü barədə deyilənlər məntiqsizlikdir“.

AzPost bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan bu gün bir sıra media orqanlarına verdiyi müsahibədə 2026-cı ildə keçiriləcək seçkiləri şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırkı hakimiyyətə qarşı alternativ üçün koalisiya formalaşdırmaq lazımdır.

“Paşinyanın seçki yolu ilə məğlub etməyin mümkün olmaması barədə deyilənlərdə məntiq yoxdur. O, bəyəm Sasunlu Davuddur? Belə danışıqları aparmaq lazım deyil. Gümrü də hakimiyyət dəyişkiliyi baş verdi. Həmin model başqa yerlərdə də mümkündür”-deyə Koçaryan vurğulayıb.

O qeyd edib ki, müxlaifət bütün incikliyi bir kənara atıb koalisiya yaratmağı müzakirəyə çıxarmalıdır. “Bu şəraitdə belə mən “vahid cəbhə” variantını görmürəm. Bu mərhələdə bu baş tutmayacaq”.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.