Paşinyan Baş Qərargah rəisi postuna namizədini yenidən prezidentə göndərəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi postuna irəli sürdüyü namizədi yenidən prezidentə göndərəcək.

Azpost.info bildirir ki, bu barədə baş nazirin aparatı məlumat yayıb. Məlumatda deyilir ki, aparat yaxın zamanda Artak Davtyanın təyinatını əsaslandıran izahat sənədini Prezidentə təqdim edəcək.

Martın 11-də səhər prezident Paşinyanın bu posta namizəd kimi irəli sürdüyü namizədlə bağlı təklifi geri qaytarıb.

Xatırladaq ki, Artak Davtyan 2018-2020-ci illərdə Baş Qərargah rəisi olub. Pandemiya dövründə oğluna toy elədiyi üçün vəzifədən azad edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Turizmlə bağlı subsidiyaların verilməsi gündəmdədir” –

Sonrakı məqalə

Ərdoğanın oğlu Bakıya gəlib