“Turizmlə bağlı subsidiyaların verilməsi gündəmdədir” –Kənan Quluzadə

“Azərbaycanda turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi məsələsi gündəmdədir”.

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib.

K. Quluzadə deyib ki, 2019-cu ildə turizmin inkişafı ilə bağlı qarşıya qoyulan prioritet məqsədləri yenə də gündəmdədir: “Məsələn, subsidiyaların verilməsi, dövlət turizm reyestrinin yaradılması, qanunvericiliyin dəyişdirilməsi, palçıq vulkanları və digər yeni layihələrlə bağlı və s. məsələlər hamısı gündəmdə qalır. “Beşbarmaq” Dövlət Qoruğunun yaradılması da aktualdır. Sadəcə, pandemiya dövründə bu yeniliklərin həyata keçirilməsi ləngiyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

1 milyon manatdan çox kredit götürməkdə təqsirləndirilən iş adamı bəraət alıb

Sonrakı məqalə

Paşinyan Baş Qərargah rəisi postuna namizədini yenidən prezidentə göndərəcək