Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb və Qarabağdakı vəziyyəti onunla müzakirə edib.

Paşinyan bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Son bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Laçın dəhlizindəki yaşayış yerləri, itkin düşənlərlə bağlı problemi, axtarış əməliyyatlarını, məhkumların və həlak olanların cəsədlərinin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi və bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı məsələləri müzakirə etdik”, – deyə Paşinyan öz paylaşımında bildirib.

Onun sözlərinə görə, belə müzakirələr mütəmadi, bəzən gündə bir neçə dəfə aparılır: “Xarakterini və tezliyini nəzərə alaraq bu müzakirələr barədə heç də hər zaman məlumat yaymırıq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maradona özəl qəbristanlıqda dəfn edilib

Sonrakı məqalə

“Yalnız bundan sonra Ağ Evi tərk edə bilərəm” –