“Yalnız bundan sonra Ağ Evi tərk edə bilərəm” –Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Seçicilər Kollegiyası (Electoral College), KİV-in hesablamalarına görə, seçkilərdə qalib gələn Co Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcək.

Belə bir fikri Tramp jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

“Əlbəttə ki, bunu siz onsuz da bilirsiniz”, – deyə Tramp jurnalistlərin müvafiq sualının cavabında deyib.

O, həmçinin əlavə edib ki, Seçicilər Kollegiyası Baydenə səs verəcəksə, o zaman “səhvə yol verəcəklər”.

Hazırkı prezident “məğlubiyyətini etiraf etməsinin onun üçün çox çətin olacağını” da etiraf edib və bir daha “kütləvi seçki saxtakarlığı” barədə ittihamlarını səsləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib

Sonrakı məqalə

Ceyhun Bayramov İtaliyanın XİN rəhəbri ilə Qarabağdakı vəziyyəti müzakirə edib