Paşinyan Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib

Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin davam etdirilməsinə razılaşıblar.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.

Mişel qeyd edib ki, hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliyini, Ermənistanın 29,8 min kvadrat kilometr ərazisinə və Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünə hörmətini təsdiqləyib.

“Sərhədlərin yekun delimitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək”, – Mişel əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.