Paşinyan “Daşnaksütyun”un fəaliyyətinə son qoya bilər –Erməni politoloq

Azərbaycan
Azərbaycan

Baş nazir Paşinyan  Daşnaksütyun Partiyasnın Ermənistandakı fəaliyyətinə son qoya bilər.

AzPost bildirir ki, bu barədə NEWS.am-a müsahibəsində politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, Paşinyanın öz opponentlərinə qarşı daha sərt repressiyalara əl atacağı proqnozlaşdırılırdı.

Politoloq deyib ki, Paşinyanın “Daşnaksütyun”unun Ermənistandakı fəaliyyətinə son qoymağa və ya bunu sövdələşmə predmetinə çevirməyi istisna etməyib.

O hesab edir ki, Paşinyan da kilsəyə hücumlardan əl çəkməyəcək və indi əlverişli fürsət gözləyir.

Politoloq müxalifəti tənqid edib. Onun sözlərinə görə, müxalifət qüvvələri Paşinyanın başqaları tərəfindən devrilməsini və sonra özlərinin hakimiyyətə gəlməsini istəyir.

Onun fikrincə, Paşinyan əvvəlki hakimiyyətin siyasi meydanı tərk etməsinə imkan verməyəcək, çünki bu, onun üçün kifayət qədər sərfəlidir.

“2026-cı ildə yeni seçkilər olacaq və bəzi məlumatlara görə, bunun ərəfəsində Paşinyan yeni siyasi komanda toplayır. Ona görə də onların hazırkı tərəfdaşlarının çoxu onlara sadiqliklərini göstərmək istəyirlər ki, Paşinyanın seçki siyahısına düşsünlər”, – analitik qeyd edib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.