Paşinyan Ərdoğanı Ermənistana dəvət edir

İstanbulda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır.

AzPost bildirir ki, bu barədə Türkiyənin “Aqos” qəzeti yazır.

Nəşrin məlumatına görə, Paşinyan İstanbulda erməni icmasının nümayəndələri ilə görüşündə bildirib ki, 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ərdoğanın Ermənistana gəlişi gözlənilir.

Xatırladaq ki, iyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə ilk işgüzar səfərinə gedib. Bu gün Paşinyanla Ərdoğan arasında danışıqlar gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.