“Mayın 9-da Moskvada keçirilən parad göstərdi ki, Paşinyan və komandası Trampın seçilməsindən və Qərbin dəstəyinin olmadığını dərk etdikdən sonra Ermənistanı Kremlin qanadı altına qaytarmaq qərarına gəliblər“.
AzPost bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov paylaşımında deyib.
Sabiq nazir qeyd edib ki, erməni ictimaiyyətində artıq “Avropa inkişaf vektoru”nun perspektivlərinin itirilməsi ilə bağlı giley-güzar səslənir.
“Paşinyan Moskvada “Köçəryan-Sarkisyanlar” və onların klonlarından daha yaxşı Rusiyanın maraqlarına xidmət edəcəyini sübut etməyə çalışıb. Kremlin Vardanyanı “həbsxana mücahidi” obrazında seçkiqabağı Ermənistanın siyasi meydanına qaytarmaq niyyəti təkcə Bakının deyil, həm də Paşinyanın maraqlarına ziddir.Kremlin uzunmüddətli maraqlarını təmin etmək üçün Ermənistanın bütün seçki platformalarında oynamağa davam edəcəyi gözlənilir”-deyə Tofiq Zülfüqarov bildirib.
Sabiq nazir vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərində yaranmış problemlər fonunda ermənipərəst, antiazərbaycan siyasi ritorika tendensiyası güclənəcək.