“Paşinyan heç kimdir, biz Sərksiyanı, Koçaryanı məğlub etmişik” –Prezidentdən Xocalı cəlladlarına mesj: "Çıxarın döşünüzdəki saxta dəmir-dümürü"

Biz Ermənistan Ordusunu çökdürdük. Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik”.

Bunu Prezident İlham Əliyev Füzuli şəhərində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Paşinyan son 2 il ərzində öz ölkəsini məhv edib: “İndi sadəcə olaraq fikirləşir ki, necə öz canını erməni xalqının qəzəbindən qurtarsın. Biz Köçəryan, Sarkisyan Ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Hanı sizin qəhrəmanlığınız? Döşünüzə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxarın atın eşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Sizi – Köçəryan və Sarkisyan – Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları – sizi biz məğlub etmişik. Sizin ordunuzu məhv etmişik”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir