Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib

Paşinyan
Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib.

Bu barədə Paşinyan sosial şəbəkə hesabında bildirib.

Ermənistanın Baş naziri katolikos II Qaregini və onu müdafiə edənləri kəskin şəkildə tənqid edib.

Paşinyanın sözlərinə görə, onun II Qareginə ünvanlanmış tənqidlərini “Azərbaycan” və ya “Türkiyə izi” kimi təqdim etmək cəhdləri ikiüzlülüyün təzahürüdür.

Paşinyan vurğulayıb ki, çoxları onun yeni katolikosluğa namizədinin olmasına haqq qazandırmaq istəsə də, təəssüf ki, onun bu posta namizədi yoxdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.