Paşinyan İran prezidenti Pezeşkian ilə danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

AzPost bildirir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələrini Pezeşkiyana təqdim edib, eyni zamanda Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün region üçün açdığı imkanları qeyd edib.

Ermənistanın baş naziri İran prezidentinə Vaşinqton razılaşmalarına obyektiv qiymət verdiyinə görə təşəkkür edib və onun İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.