Ermənistanın Baş naziri Paşinyan KTMT-nin üzv ölkələrinin Azərbaycanla bağlı mövqeyində konsensusun olmamasından şikayətlənib.
Azpot.info bildirir ki, bu barədə İrəvanda keçirilən zirvə görüşündə çıxışı zamanı deyib. “Mən bunu Ermənistanın KTMT-də sədrliyinin əsas uğursuzluğu kimi qiymətləndirirəm”.
Paşinyan üzv dövlətlərin Azərbaycanla bağlı vahid qərara gələ bilmədiklərini, bunun da KTMT-nin imicinə xələl gətirdiyini deyib.
“Uğurları da qeyd etməliyəm. Mən Qazaxıstan prezidenti cənab Tokayevin bu ilin yanvarında ölkədə asayişin bərpasına dəstək vermək xahişi ilə bağlı müraciətinə münasibətimizi nəzərdə tuturam. Biz məsələni bir gecədə həll etdik ki, bu da Qazaxıstana daxili xaosdan qaçmağa imkan verdi”, – Ermənistan Baş naziri qeyd edib.
Bugünkü görüşün gündəliyinin dolu olduğunu deyən Paşinyan ümidvar olduğunu bildirib ki, KTMT sammitinin iştirakçıları öz yanaşmalarını əlaqələndirə və aktual məsələlər üzrə yaxşı əlaqələndirilmiş qarşılıqlı fəaliyyətə nail ola biləcəklər.
Paşinyanın sözlərinə görə, bu il iki yubileyin – Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalanmasının 30 illiyi və KTMT-nin yaradılmasının 20 illiyi qeyd olunmasına baxmayaraq, əhval-ruhiyyə heç də bayrama uyğun deyil.
Azpost.info
