Paşinyan KTMT-nin Minskdəki iclasında iştirakdan imtina etdi- AÇIQLAMA

Ermənistan Baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə noyabrın 23-də keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Paşinyan ümid etdiyini bildirib ki, KTMT-dəki həmkarları onun qərarını anlayacaqlar.

“Baş nazir Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərarı anlayacağına ümid etdiyini bildirib”, – məlumatda deyilir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.