Paşinyan KTMT-yə müraciət edib –İrəvan demarkasiya prosesini niyə pozur?

“Ermənistan Zəngəzurda yaranmış situasiya ilə bağlı rəsmi sürətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir”.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında bəyan edib.

Onun sözlərinə görə, ilk olaraq tədbirlər görmək üçün məsləhətləşmələrə başlamaq lazımdır.

KTMT bəyan edib ki, Ermənistan və Azərbaycan sərhədində baş vermiş prosesi diqqətlə izləyirlər.

Xatırladaq ki, Ermənistan Laçın rayonunda, sərhəddə yerləşən Qaragöl ərazisinin demarkasiyası zamanı dövlət sərhəddinin pozulması barədə hay-küy qaldırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb-

Sonrakı məqalə

Bu gün ölkədə 21 mindən çox vətəndaş peyvənd olunub