“Ermənistan Zəngəzurda yaranmış situasiya ilə bağlı rəsmi sürətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir”.
Azpost.info bildirir ki, bu barədə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında bəyan edib.
Onun sözlərinə görə, ilk olaraq tədbirlər görmək üçün məsləhətləşmələrə başlamaq lazımdır.
KTMT bəyan edib ki, Ermənistan və Azərbaycan sərhədində baş vermiş prosesi diqqətlə izləyirlər.
Xatırladaq ki, Ermənistan Laçın rayonunda, sərhəddə yerləşən Qaragöl ərazisinin demarkasiyası zamanı dövlət sərhəddinin pozulması barədə hay-küy qaldırıb.