Paşinyan Makronla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Nüvə Enerjisi Sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Ermənistan və Fransa arasında yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti qeyd edilib və çoxsahəli əməkdaşlığın daha da gücləndirilməsi əzmi vurğulanıb.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub.

Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı və genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

Başına çip qoyulmuş ilk insanın görüntüsü yayıldı –

Sonrakı məqalə

Tramp bu xəstəliyə tutula biləcəyindən qorxur