Paşinyan martın 10-da istefa verəcəyini vəd edib –

Baş nazir hansı şərti irəli sürüb?
09 Mart 2021 - 10:12

Ermənistanın baş naziri Nikol Paşinyan martın 9 ya da 10-da istefaya gedcəyini vəd edib.

Azpost.info bildirir ki, bu barədə erməni qəzeti “Fakt” məlumat yayıb.

Qəzetin yazdığına görə, Paşinyan siyasi və hərbi dairələrlə keçirdiyi ayrı-ayrı görüşlərdə martın 9 yaxud 10-da istefaya gedəcəyini və bundan sonra növbədənkənar seçkilərin keçiriləcəyini bildirib.

Qəzetə məlumat verən mənbənin sözlərinə görə, Paşinyan vəd edib ki, Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad ediıməsi barədə qərar qüvvəyə minəndən sonra, ordunun müdaxilə təhlükəsinin olmadığını görən kimi bu addımı atacaq və may ayında seçkilər keçirəcək.

Amma generallar, siyasi və ekspert dairələri Paşinyana etibar etmir. Onlar digər tərəfdən hesab edirlər ki, hakimiyyət növbədənkənar seçkilərdə inzibati resurslarını işə salacaq və seçkini saxtalaşdıracaq.