Ombudsman baş örtüyü ilə bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik olunmasını təklif edib

Ombudsman Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın bir çox bəndlərinin icra müddətinin başa çatdığını nəzərə alaraq, müasir dövrün tələblərinə uyğun yeni strateji sənəd qəbul olunmasını təklif edib.

Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.

Eyni zamanda “Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının qanununda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının  tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmədiyi və bu halların şikayətlərə səbəb olduğu üçün fotoşəkillərin yolverilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” qanuna əlavə və dəyişiklərin edilməsi təklif olunub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan martın 10-da istefa verəcəyini vəd edib –

Sonrakı məqalə

Xidmət yerindən uzaqda yaşayan hərbçilərin nəqliyyat xərclərinin ödənilməsi təklif olunur