“Ərdoğan məndən “Sarı Gəlin”i oxumağı xahiş etdi” –Alim Qasımov Türkiyə prezidenti ilə görüşüb

Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu barədə Qaynarinfo-ya sənətkarın özü məlumat verib. O bildirib ki, Türkiyə prezidenti konsertdə xanəndədən “Sarı gəlin” mahnısını oxumağı xahiş edib:

“Konsert Dubayda keçirilib. Orada Azərbaycanın böyük bir sərgi layihəsi vardı. Dedilər, tədbirə Türkiyə prezidenti də qatılacaq. Amma qaydalara görə, oturmayacaqdı, gəlib elə keçib-gedəcəkdi. Biz oxuyanda gəldi, baxdı, konsertin sonuna kimi oturdu, bizi dinlədi. Sonra bir “Sarı gəlin” mahnısını da xahiş elədilər. Fərqanə xanımla onu da oxuduq. Sonra səhnəyə çıxıb bizi təbrik elədi və Azərbaycan muğamlarını, musiqisini yüksək qiymətləndirdi”.

Əvvəlki məqalə

2023-cü il “Heydər Əliyev İli” elan edildi –

Sonrakı məqalə

Paşinyan müttəfiqlərinin Ermənistana silah satmaqdan imtina etdiyini bəyan edib