Paşinyan Rusiyanın Baş naziri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə Kazanda görüşüb.

Azpost.info bildirir ki, onlar Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Paşinyan rus sülhməramlılarının Qarabağda fəaliyyətini effektli olduğunu deyib: “Prezident Putinin Qarabağda müharibənin dayandırılmasında oynadığı rolu xüsusi qeyd etmək istəyirəm. Sülhməramlıların Qarabağda effektiv fəaliyyəti göz önündədir”.

Paşinyan deyib ki, Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli komissiyanın işi davam edir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ”ın başına 25 tikiş qoyulan qapıçısı meydana qayıdıb –

Sonrakı məqalə

Azərbaycanda bir gündə 1392 nəfər COVİD-ə yoluxub –