Paşinyan SSRİ dövründəki sərhədlərin bərpasına çağırış edib

Paşinyan
Paşinyan

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesi davam edəcək, Sovet dövründə mövcud olan sərhədlər bərpa edilməlidir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.

“Elə ərazilər var ki, bizə məxsusdur. Amma Azərbaycanın nəzarəti altındadır. Elə ərazilər də var ki, Azərbaycana məxsusdur. Lakin bizim nəzarətimizdədir. Delimitasiya prosesi davam etməlidir. Müstəqil Ermənistanın ərazisi Sovet dönəmindəki Ermənistanın ərazisi ilə eynidir. Eyni zamanda, müstəqil Azərbaycanın ərazisi də Sovet dövründəki Azərbaycan ərazisi ilə eynilik təşkil edir” -Paşinyan qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.