Paşinyan Türkiyəyə gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə gəlib.

Ermənistanın baş nazirini İstanbul beynəlxalq hava limanında Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.

 

Ermənistan baş nazirinin ofisi səfər proqramının təfərrüatlarını açıqlamayıb. Paşinyan özü bildirib ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

“Reuters”in məlumatına görə, bu, iki ölkə liderləri arasında nadir ikitərəfli görüşlərdən biridir. İrəvan ümid edir ki, səfər Türkiyə ilə münasibətlərin normallaşmasına və bir neçə onilliklər ərzində bağlı olan quru sərhədlərinin açılmasına şərait yaradacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.