Paşinyan və Şarl Mişel qeyri-rəsmi görüş keçirib

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Brüsseldə qeyri-rəsmi görüş keçirib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər regiondakı vəziyyəti müzakirə edib.

Paşinyan və Mişel Laçın yolundan, eləcə də İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi məsələsini müzakirə ediblər.

Həmçinin Kişinyovda beştərəfli formatda – Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emanuel Makronun iştirakı ilə görüşün keçirilməsinin vacibliyi qeyd edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.