Ermənistanın Baş naziri Paşinyan ali rəhbər Əli Xameneyinin həlak olması ilə bağlı İran prezidenti Məsud Pezeşkiana başsağılğı verib.
Azpost.info bildirir ki, bu barədə Baş nazirin ofisindən açıqlama verilib.
Paşinyan yazıb ki, Ermənistan İran ətrafında baş verən hadisələri böyük narahatlıqla izləyir.
“”İslam İnqilabının Ali Lideri Əli Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafındakı şəxsi rolunu həmişə xatırlayacağıq. Bu çətin dövrlərdə Yaxın Şərqdə sülh və sabitliyin tezliklə bərqərar olmasını ümid edirik. Sizə səbr, dost İran xalqına isə sülh və mətanət arzulayıram”-deyə Paşinyan bildirib.