“Paşinyanın Ali Avrasiya İqtisadi Şurasında iştirakını gözləyirik”- Rusiya XİN

“Rusiya tərəfi Ermənistan Baş naziri Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının sessiyasında iştirak etmək üçün mayın 25-də Moskvaya səfərini gözləyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz gözləyirik ki, Nikol Vovaeviç də mayın 25-də Moskvada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının sessiyasında iştirak edəcək”, – Lavrov deyib.

Qeyd edək ki, Paşinyan Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini də bildirmişdi.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başladı

Sonrakı məqalə

“Cənubi Qafqazda sülhə nail olmaq üçün…”