Paşinyanın helikopteri təcili eniş edib- AÇIQLAMA

Baş nazir Nikol Paşinyan “Tviter” (X) səhifəsində helikopterinin Vanadzordakı (Böyük Qarakilsə) stadiona təcili eniş etdiyini təsdiqləyib.

Azpost.info xəbər verir ki, Paşinyan deyib ki, vəziyyəti yaxşıdır, fövqəladə vəziyyətə səbəb isə əlverişsiz hava şəraiti olub.

“Hər şey yaxşıdır. Pis hava şəraiti ilə əlaqədar helikopterimiz Vanadzorda gözlənilmədən eniş edib. İndi biz avtomobillə səyahətimizə davam edirik”, – Baş nazir bildirib.

İnsident mayın 25-də səhər saatlarında məlum olub. İlkin məlumatlara görə, helikopter Gürcüstanla sərhədə doğru gedirmiş. Ekipaj İrəvandan 132 km şimalda yerləşən Vanadzorda təcili eniş etmək qərarına gəlib.

Azpost.info

Əvvəlki məqalə

Azər Fazil Mustafanı vurmaq üçün 30 min dolların az olduğunu dedi

Sonrakı məqalə

BP-nin regional prezidenti Azərbaycan dövlət başçısını təbrik edib