“Paşinyanın istefası müzakirə edilmir”- Ermənistanın hakim partiyası

“Müxalifətin hərəkətləri fonunda Ermənistan Baş naziri Nikol Paşinyanın istefası və ya növbədənkənar parlament seçkilərinin mümkünlüyü müzakirə edilmir”.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyasının sədr müavini, deputat Vaaqn Aleksanyan brifinqdə məlumat verib.

“Növbədənkənar parlament seçkiləri gündəlikdə yoxdur. Hətta müxalifət öz mandatlarından imtina etsə belə, bu, onların baş nazirin impiçment prosesinin başlaması ilə bağlı bəyanatına səbəb olmayacaq”, – o qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.