Paşinyanın milyarder rəqibinə “çirkli pullar” ittihamı irəli sürülüb

Erməni müstəntiqləri həbsdə olan rusiyalı biznesmen Samvel Karapetyana qarşı ittihamları əlavə edib.

AzPost bildirir ki, bu barədə  onun müdafiə Komitəsi məlumat yayıb.

Karapetyan konstitusiya quruluşunu devirməyə çağırışlarla yanaşı, o, çirkli pulların yuyulmasında da ittiham olunub.

“Bu yaxınlarda Samvel Karapetyana heç bir əsas olmadan bir neçə şirkətin fəaliyyəti nəticəsində çirkli pulların yuyulması ittihamı irəli sürülüb”, – deyə Komitənin bəyanatında qeyd edilib. Komitə bu ittihamı siyasi təqib adlandırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.