Tavuş icma rəhbərləri və sakinləri ilə Ermənistan hökumətinin baş nazirinin müavini Mqer Qriqoryanın Nazirlər Kabinetində qapalı görüşü başa çatıb.
Azpost.info erməni mediasına istinadən bildirir ki, görüşdə iştirak edən icma rəhbərləri və sakinlər jurnalistlərin suallarından yayınaraq binanın arxa qapısından çıxıblar.
Qeyd edək ki, görüşə paralel olaraq bir qrup fəal Hökumət binası qarşısında etiraz aksiyası keçirir, Tavuşdakı proseslərdən narazılıqlarını bildirirlər.