Paşinyanın Sünikə səfəri etirazla qarşılanıb –

VİDEO
21 Aprel 2021 - 11:59

Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik vilayətinə səfəri etirazla qarşılanıb.

“Sputnik Armenia”nın  verdiyi xəbərə görə, bir qrup sakin Ermənistan hökumət başçısının Mehri şəhərini tərk etməsini tələb edib. Baş nazirin Mehridə əhali ilə birgə küçə yürüşünə çıxmaq cəhdi dava-dalaşla müşaiyət olunub. Paşinyan əhalini sakitliyə çağırıb. 

Paşinyanı dəstəkləyən sakinlərlə etirazçılar arasında toqquşma baş verib.