Ombudsman xəbərdarlıq etmədən DTX-nın istintaq təcridxanasına baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ombudsman Aparatından bildirilib ki, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Milli Preventiv Qrupun üzvlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti, qidalanma, ərzaq təminatı, tibbi xidmətin təşkili vəziyyəti araşdırılıb, bu məqsədlə müəssisənin obyektlərinə, kameralarına baxış keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zaur Baxşəliyevin “Bizimləsən” verilişi bağlandı –

Sonrakı məqalə

Paşinyanın Sünikə səfəri etirazla qarşılanıb –