Paşinyanın Sünikə səfəri zamanı baş vermiş etiraz aksiyaları ilə bağlı cinayət işi başlanıb

Ermənistanın Baş Prokurorluğu Baş nazir Nikol Paşinyanın Syünik vilayətinə səfərinə qarşı baş vermiş etiraz aksiyaları ilə bağlı cinayət işi başlayıb.  

 TASS-ın verdiyi xəbərə görə, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün N. Paşinyanın ölkənin cənubuna, Syünik vilayətinə səfəri etirazla qarşılanıb. Bir qrup sakin Ermənistan hökumət başçısının Mehri şəhərini tərk etməsini tələb edib. N. Paşinyanı dəstəkləyən sakinlərlə etirazçılar arasında toqquşma baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK-nın tərkibi yenidən formalaşdırılır

Sonrakı məqalə

Nərminin qətlində günahlandırılan İlkin Süleymanova qarşı yeni ittihamlar irəli sürülüb