“Paşinyanla çox konstruktiv telefon danışığı apardıq”- ƏRDOĞAN

Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi davam edir. Qurban bayramında Ermənistan Baş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı apardıq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında bildirib.

“Ermənistanın prosesləri doğru qiymətləndirərək Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin sabitliyə qovuşacağına inanıram”, – Ərdoğan vurğulayıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.