“Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə edəcəyik” –PUTİN

Rusiya prezidenti Putin bildirib ki, Ermənistanın baş naziri Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə edəcək. 
Azpost.info bildirir ki, Putin bunu Paşinynla görüşün açıq hissəsində deyib.  Putin qeyd edib ki, Qarabağda xeyli problem qalır, amma tərəflər bu məsələlərlə bağlı daim təmasdadırlar.
“Təbii ki, bizim görüşdə Qarabağla bağlı təhülkəsizlik məsələləri müzakirə olunacaq. Çoxlu problemlər qalmaqdadır. Biz sizinlə daim təmasdayıq. Hər həftə telefonla danışırıq. Pandemiya olmasına baxmayaraq mütəmadi görüşürük”.
Putin həmçinin deyib ki, Paşinyanın səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edib. Prezident deyib ki, 200 sənədin imzalanması nəzərdə tutulur.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.